Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək- ÖZƏL
12:27 Siyasət"Vaşinqton razılaşmalarının nəticəsi olaraq, dövlət başçısı cənab İlham Əliyevin irəli sürdüyü və ardıcıl surətdə müdafiə etdiyi Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etmir, o həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş bir regionda işbirliyi üçün yeni imkanlar yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Heç şübhəsiz, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat xəritəsinə önəmli yeniliklər gətirəcək. Birləşmiş Ştatların bu məsələdə dəstəyi bəzi ölkələrin Azərbaycana qarşı əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi.
Prezident Donald Trampın Zəngəzur dəhlizini "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" adlandırması heç də təsadüfi deyil. Bu bir daha cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız və yalnız sülhə, əməkdaşlığa və tərəqqiyə xidmət etdiyini bariz şəkildə təsdiq etdi".