Bu diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir
12:09 Siyasət"Vaşinqton görüşü və əldə olunan nailiyyətlər Azərbaycan diplomatiyasının ən parlaq zirvələrindən biridir. Bu diplomatik qələbənin yeganə müəllifi Prezident İlham Əliyevdir. Bu, cənab Prezidentin həm beynəlxalq arenadakı nüfuzunun, həm də diplomatik-siyasi düşüncəsinin göstəricisidir"."Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasda deyib: "Vaşinqtonda, həmçinin Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi üçün beynəlxalq zəmanət əldə olunub. Hesab edirəm ki, Zəngəzur dəhlizi yeni tarixin çox vacib layihəsi olacaq. Bakı-Tbilisi-Ceyhan kəməri Ümummilli Lider Heydər Əliyevin adını daşıdığı kimi, Zəngəzur dəhlizi də İlham Əliyevin adını daşıyacaq".