Hədəfə yaxınlaşmağın növbəti addımı
11:59 Siyasət"Prezident İlham Əliyev Azərbaycanı ərazisi işğal olunmuş dövlət imicindən xilas etdi".
"Olaylar " xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
Onun sözlərinə görə, Vaşinqton görüşü və razılaşmaları da bu prosesin məntiqi davamıdır:
"Ermənilərin Azərbaycan torpaqları vasitəsilə böyük xəyalları məhv edildi. ATƏT-in 33 illik heç bir fəaliyyəti olmayan Minsk Qrupu ləğv olundu. İndi İlham Əliyev erməni xalqına faydalı qonşu olmaq modelini təqdim edir".
Milli Məclisin üzvü Azərbaycanın tərkib hissəsi olan Naxçıvanla quru sərhədin açılması məsələsinə də toxunaraq bunun tarixi əhəmiyyətini qeyd edib:
"Hazırda qarşıdakı ən böyük hədəf bütöv Azərbaycana yetişməkdir. Artıq Naxçıvanla dəhlizin qurulması bu hədəfə yaxınlaşmağın növbəti addımıdır".