Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır- Spiker

"Prezident İlham Əliyevin Vaşinqton səfəri çərçivəsində əldə olunmuş razılaşmalar tarixi əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclasında deyib.
Spikerin sözlərinə görə, Vaşiqnton razlaşmaları yalnız ABŞ-Azərbaycan elementləri və sülh gündəliyi ilə deyil, ümumilikdə Cənubi Qafqazdakı proseslərə təsir edib: "Bu gün qürurla demək olar ki, Prezidentin ABŞ-dəki tarixi razılaşmaları Ümummilli Liderin siyasi kursunun davamı kimi əldə edilmiş ən böyük uğurlardandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31