Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb. "Olaylar" xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31