Ermənistan və ABŞ “Tramp marşrutu” üzrə danışıqlara başlayır

Ermənistan yaxın vaxtlarda ABŞ ilə "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi ilə bağlı danışıqlar aparacaq.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.

"Yaxın günlərdə Amerika tərəfi ilə danışıqlar, o cümlədən "Tramp marşrutu"nun həyata keçirilməsi ilə bağlı müzakirələr planlaşdırılır", - o bildirib.

Ani Badalyan əlavə edib ki, amerikalı tərəfdaşların İrəvana səfəri və aparılan müzakirələr barədə məlumat vaxtında ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, "Tramp marşrutu" Avropanı Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirən Zəngəzur dəhlizinin bir hissəsini təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31