Ermənistan son dövrlərdə müəyyən müsbət siqnallar verir- ÖZƏL

"Ermənistan uzun illər qeyri-konstruktiv mövqe sərgiləsə də, son dövrlərdə müəyyən müsbət siqnallar verir. Bu, regionda dayanıqlı sülhün qurulması üçün imkanlar açır. Azərbaycan isə beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq sülhün təşəbbüskarı və əməkdaşlığın tərəfdarıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Rusiya ilə münasibətlərimizin çoxşaxəli xarakter daşıması, enerji, təhlükəsizlik və ticarət sahələrində qarşılıqlı maraqları təmin etməsi xüsusilə qeyd edilməlidir.  Azərbaycanın isə öz müstəqil mövqeyini qoruyaraq, həm ikitərəfli, həm də çoxtərəfli platformalarda milli maraqları əsas götürür.
ABŞ-Ermənistan münasibətlərinə gəldikdə qeyd edilməlidir ki, Vaşinqtonun İrəvanla əlaqələrinin intensivləşməsi bölgədə yeni maraqlar balansını formalaşdırır. Bu amil həm regionun təhlükəsizliyinə, həm də gələcək əməkdaşlıq imkanlarına təsir edir.
Türkiyə-Ermənistan münasibətləri barədə isə qeyd edilməlidir ki, Ankara ilə İrəvan arasında normallaşma cəhdləri regionda sabitlik üçün əlavə fürsətlər yaradır. Lakin bu prosesin real nəticə verməsi Ermənistanın atacağı praqmatik addımlardan birbaşa asılıdır. Qarşıdakı dövr region xalqları və dövlətləri üçün həlledici mərhələ olacaq. Azərbaycanın güclü dövlətçilik iradəsi və möhkəm siyasi xətti bu proseslərin əsas istiqamətvericisi olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31