Azərbaycan-Meksika parlamentlərarası əlaqələri inkişf edir- ÖZƏL

"Meksika Milli Günü münasubətilə bu ölkənin Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda, rəhbəri olduğum Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun üzvləri və digər deputat həmkarlarımızla birlikdə iştirak etdik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı,  Azərbaycan-Meksika Parlamentlərarası işçi qrupunun rəhbəri Jalə Əliyeva deyib: "Tədbirdə Azərbaycan tərədindən çıxış edən Xatici İşlər Nazirliyinin rəsmisi cənab Seymur Fətəliyevin, iki ölkə arasındakı münasibətlər  haqqında danışarkən, parlamentlərarası münasibətlərin məhsuldar  inkişafından və bu uğurun əldə edilməsində Azərbaycan Parlamentinin əhəmiyyətli rolundan söhbət açması qürurverici idi.  Cənab Fətəliyevə fəaliyyətimizi xüsusi qeyd etdiyi üçün minnətdarlığımızı bildirir, eyni zamanda xanım səfir Viktoriya Romero Kabalyeroya dəvət və yüksək səviyyəli qəbul üçün təşəkkürümüzü bildirirəm".
Qeyd edək ki, Meksikanın Azərbaycandakı səfirliyi Meksika Milli Günü münasubətilə rəsmi qəbul təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31