Vəzifəmiz təkcə keçmişi yad etmək deyil- ÖZƏL

"Gəlin başqalarının yoxluğunda yox, varlığında hörmət edək, qiymət verək. İnsan sağ ikən layiq olduğu dəyəri görməlidir - bu həm insanlıq, həm də millət olaraq bizim borcumuzdur". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı alim, professor Zahid Məmmədov deyib: "Sabir, Füzuli, Nəsimi, Hüseyn Cavid, Mikayıl Müşfiq... və daha neçə dahimiz var ki, dövründə layiqincə dəyərləndirilmədi, qorunmadı. Çünki dahini anlamaq üçün yalnız qulaq yox, həm də vicdan, şüur və cəsarət lazımdır.
Tarix bizə öyrədir ki, dahini qoruya bilməyən xalq, əslində öz dəyərlərini, gələcəyini qorumaqda çətinlik çəkər. Onların kədərli taleyi bizə xəbərdarlıqdır: böyük sözə, böyük fikrə sahib çıxmağı bacarmalıyıq.
Bu gün biz onları oxuyur, öyrənir, dəyər veririk. Amma vəzifəmiz təkcə keçmişi yad etmək deyil - bu günün dahisini də görmək, qorumaq və gələcək nəsillərə çatdırmaqdır. Çünki millətin gücü - yalnız keçmişində yox, həm də bu günü və sabahı ilə ölçülür.
Bugün biz onların yazdıqlarını oxuyur, öyrənir, qürurla yad edirik. Amma əsl dərs budur: sabah peşman olmamaq üçün bu gün öz istedadlı insanlarımızı, fikir adamlarımızı, ziyalılarımızı qorumalı, yaşatmalı, qiymətləndirməliyik. Bu gözəl videonu hazırladığı üçün istedadlı Fəxriyə Lilpara dərin təşəkkürümü bildirirəm. Onun yaradıcılığı, zövqü və səmimiyyəti hər kəsin qəlbinə yol tapır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31