Rusiya Qarabağ ermənilərini alətə çevirir – ikili oyun və rəzil “humanitar” şou - VİDEO

 

 
  •  
  •  
  •  

Qarabağdan olan təxminən 800 ailə Ermənistanın Abovyan şəhərində Rusiyanın təşkil etdiyi humanitar yardımı alıb.

Musavat.com xəbər verir ki, aksiya Rus Humanitar Missiyası və "Avrasiya" AİA tərəfindən həyata keçirilib, 150 uşaqlı ailəyə xüsusi dəstlər verildiyi açıqlanıb.

Ümumilikdə 3,3 mindən çox ailəyə yardım paylandığı bildirilir.

Əslində, bu addım Moskvanın rəzil geosiyasi manipulyasiyasıdır. İki ilə yaxın Qarabağdan köçmüş ermənilərə indiyədək heç bir dəstək göstərməyən Rusiya indi Azərbaycanla münasibətlərin gərginləşməsindən istifadə edərək köhnə kartlarını masaya qoyur. Bu, Bakıya təzyiq vasitəsi yaratmaq və Ermənistan daxilində xaos təşkil etmək məqsədindən başqa bir şey deyil.

Ekspertlər haqlı olaraq bildirirlər ki, Rusiya Qarabağdan köçən ermənilərin taleyini Paşinyana qarşı daxili təzyiq alətinə çevirir, onları "Rus dünyası" ideologiyasına yönəltməyə çalışır. Ermənilər yardım qarşılığında mitinqlərə çıxarılır, separatçı və geydirmə "artsax" bayraqları qaldırılır, Paşinyana qarşı ucuz şoular hazırlanır.

Bu, sinizm və ikili standartın ən çılpaq nümunəsidir. Çünki Rusiyanın özündə aclıq və yardıma ehtiyacı olan milyonlarla insan var, amma Kreml başqalarının dərdindən siyasi şou düzəltməyə üstünlük verir. Özü müharibənin bataqlığında boğulan Rusiya indi də Cənubi Qafqaza zərbə vurmaq üçün köçkünlərdən istifadə etməyə çalışır.

Bütün bunlar göstərir ki, Rusiya Cənubi Qafqazda ən zəif dönəmini yaşayır və əlində qalan son kartlardan istifadə etməyə məcburdur.

Bu siyasət yalnız erməniləri uçuruma aparır, Rusiyanın isə regionda zəifliyini bir daha ifşa edir.

Musavat.com Rusiyanın Qarabağ ermənilərinə yardımını əks etdirən növbəti videonu təqdim edir:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31