Tramp özünü döyüş filmi qəhrəmanına bənzətdi: Səhərlər deportasiyaların qoxusunu sevirəm...
6 Sentyabr 22:44 SiyasətABŞ prezidenti Donald Tramp maraqlı paylaşımla diqqəti cəlb edib.
Musavat.com xəbər verir ki, o, "Truth Social" hesabında Vyetnam müharibəsindən bəhs edən "Apocalypse Now" filminin bir səhnəsinə bənzər foto paylaşıb.
Fotoda Tramp ikonik ifadəsi ilə podpolkovnik Kilgore obrazını xatırladan papaqda poza verir.
Fotoşəkildə "Chipocalypse Now" yazısı var.
Fotonu Kilgore-nin "Səhər napalm qoxusunu sevirəm" ifadəsinə uyğunlaşdırılmış "Səhərlər deportasiyaların qoxusunu sevirəm" cümləsi, arxa planda yanğın və vertolyotlar müşayiət edir.
Tramp həmçinin Çikaqoya söz verib ki, şəhər tezliklə Müharibə Departamenti adının mənasını hiss edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31