Tramp "Google" şirkətinin cərimələnməsinə görə Aİ-ni əlavə tariflərlə hədələyib

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının "Google"a 2,95 milyard avro məbləğində cərimə tətbiq etməsinə cavab olaraq Aİ-ni əlavə tariflər tətbiq etməklə hədələyib.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.

Ağ Ev rəhbəri cəriməni "ədalətsiz" adlandırıb və qeyd edib ki, onun administrasiyası bu diskriminasiyaedici tədbirlərin qüvvədə qalmasına imkan verməyəcək.

Qeyd edək ki, bu, 2017-ci ildən davam edən antiinhisar işləri çərçivəsində Brüsselin "Google"a tətbiq etdiyi dördüncü böyük cərimədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31