ABŞ Apellyasiya Məhkəməsi qərar verdi: Ağ Evin xaricə yardımı dayandırmaq səlahiyyəti yoxdur

ABŞ-da apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin Tramp administrasiyası tərəfindən xarici yardımın verilməsini dayandırmaq barədə qərarını qüvvədə saxlayıb.

Musavat.com xəbər verir ki, məlumatı "Reuters" yayıb.

Məhkəmənin qərarına əsasən vəsaitlər Konqres tərəfindən təsdiqləndiyinə görə Ağ Evin yardımı ləğv etmək hüququ yox idi. Qeyd olunur ki, Kolumbiya dairəsində apellyasiya məhkəməsi aşağı instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Qərarda bildirilir ki, Ağ Evin ABŞ Konqresinin ayırdığı vəsaiti bloklamaq hüququ yoxdur.

Qərara əsasən, Tramp administrasiyası Konqresin 11 milyard dollar ayırdığı layihələrin maliyyələşdirilməsini bərpa etməlidir. Eyni zamanda bu, vəsaitlərin istifadəsi üçün razılaşdırılmış müddət sentyabrda başa çatana qədər edilməlidir.

Qərara yalnız bir hakim - Trampın ikinci prezidentlik dövründə təyin edilən etiraz edib, o, aşağı məhkəmənin qərarına qarşı çıxıb.

Qeyd edək ki, avqustun sonunda Tramp administrasiyası 12 milyard dollarlıq xarici yardımın ödənilməsini dayandırmaq üçün Ali Məhkəməyə təcili müraciət etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31