Azərbaycanla münasibətlərimiz tərəfdaşlığa əsaslanır - Sani
6 Sentyabr 22:09 SiyasətQətərin Azərbaycanla münasibətləri səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanır.
Axar.az xəbər verir ki, bunu Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani bu ölkədə səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşdə deyib.
Baş nazir ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31