“Ayakve” hərəkatı: Sülh kağız üzərində deyil, real güc balansı ilə müəyyən olunur – ÖZƏL
5 Sentyabr 12:34 SiyasətOlaylar.az xəbər verir ki, müxalif "Ayakve" hərəkatı bəyan edib ki, sülh imzalanmış sənədlərlə deyil, real güc balansı ilə müəyyən olunur.
Bəyanatda qeyd olunur:
"Əgər real güc balansını öz xeyrinə dəyişməmisənsə, sülhdən danışmaq sadəcə seçkiqabağı təbliğatdır. Paşinyanın son müraciətləri də yalnız tərəfdarlarına yönəlmiş seçki vədləridir, amma bu, sülh deyil.
Paşinyan deyir ki, guya biz Qarabağ məsələsindən imtina etsək, sülh əldə edəcəyik. Halbuki əgər bu mümkün idisə, biz həmin məsələni 30 il əvvəl də qaldırmaya bilərdik və 'sülhə nail ola bilərdik'.
Biz bunu etmədik, müəyyən şüurlu məhrumiyyətləri seçdik. Övladlarımız Qarabağda xidmət etdilər, biz hər il silahlanma üçün vergi ödədik və s. Qarabağ məsələsindən imtina etmədik, çünki bu, hər birimizin kimlik məsələsidir."