VPN qadağası, nəzarət mexanizmləri: Kreml hansı mesajı verir? - ÖZƏL
4 Sentyabr 16:53 SiyasətSentyabrın 1-dən Rusiyada yeni məhdudiyyətlər qüvvəyə minib. VPN və sosial şəbəkələrin reklamı qadağan olunub, bu olduğu halda cərimələr tətbiq ediləcək. Yandıran almaq üçün sənəd tələb olunacaq. SIM-kartın başqasına verilməsi, habelə bəzi hallarda bank kartlarının bloklanması mümkün olacaq. Marketlərdə alınan məhsulların izlənməsi səbəbindən nağd ödənişlər azalaraq, kartla ödənişə üstünlük veriləcək.
Bu addımlar Rusiyanın daxili siyasətində hakimiyyətin nəzarətini möhkəmləndirmək cəhdi kimi dəyərləndirilə bilərmi? Bu nəzarətin səbəbi nədir?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib:
" Rusiya Federasiyasında bir sıra məhdudiyyətlər və əhaliyə nəzarətin gücləndirilməsi, bir tərəfdən xarici qüvvələrin Rusiya təsirinin azaldılması, digər tərəfdən isə hakimiyyətin bütün insanları nəzarət altında saxlaması ilə bağlıdır. Həmçinin, Rusiya-Ukrayna müharibəsinin yaratdığı şərait də bu prosesə təsir göstərir. Lakin məhdudiyyətlərin siyahısına baxanda görürük ki, əsas məqsəd hakimiyyətin nəzarət sistemini daha da gücləndirməkdir. Müxtəlif qərb istehsalı olan sosial şəbəkələr, saytlar, reklam xarakterli materiallar və digər texnoloji yeniliklərdən imtina edilir. Milli tətbiqlər formalaşdırılır, VPN və sosial şəbəkələrdə reklam qadağan olunur. Bu kimi addımlar Rusiyanın daxili siyasətdə qarşılaşdığı çətinlikləri də göstərir. Rusiya-Ukrayna müharibəsi həm böyük iqtisadi, həm də yüksək səviyyədə insani itkilərə səbəb olub. Bütün bunlar göstərir ki, əhalinin sosial partlayışı baş verə bilər. Bu baxımdan, bu tədbirlər daha çox sosial narazılıqların da idarə olunması məqsədilə həyata keçirilir. Hesab edirəm ki, bu yanaşmalar yalnız idarəetmənin daha da artırılmasına səbəb olur. Amma Rusiya-Ukrayna müharibəsi bunun üçün kifayət qədər bəhanələr və şərait formalaşdırmışdır".
Zeynəb Mustafazadə