İlham Əliyev bir daha sübut etdi ki, verdiyi sözləri sonadək yerinə yetirir- ÖZƏL

"Azərbaycan xalqı üçün qürur dolu vaxt  yetişdi! Uzun illər boyu haqq səsimizi eşitməyən, münaqişənin həllini süni şəkildə uzadan ATƏT-in Minsk Prosesi və ona bağlı strukturlar nəhayət ki, rəsmi şəkildə ləğv edildi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Hicran Hüseynova deyib: "Bu qərar, əslində, Azərbaycanın qazandığı tarixi Zəfərin beynəlxalq miqyasda rəsmiləşməsi, haqq işimizin təsdiqi deməkdir.
Prezident cənab İlham Əliyev bir daha sübut etdi ki, verdiyi sözləri sonadək yerinə yetirir. Onun dəmir iradəsi, müdrik siyasəti və qətiyyətli addımları nəticəsində Azərbaycan həm döyüş meydanında, həm də diplomatik masada qalib gəldi. Xalqımız illərdir gözlədiyi bu ədalətin gerçəkləşməsini bu gün böyük sevinc və qürur hissi ilə izləyir.
Minsk Qrupunun ləğvi bütün regionun yeni bir mərhələyə qədəm qoymasının göstəricisidir. Azərbaycan diplomatiyası öz sözünü dedi, haqq-ədalət bərqərar oldu!  Üstəlik, bu günədək Minsk Qrupu çərçivəsində qəbul edilmiş bütün qərarların etibarsız elan olunması Azərbaycanın haqlı mövqeyinin tam və qətiyyətli şəkildə təsdiqidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31