Azərbaycan qitənin enerji xəritəsində etibarlı tərəfdaş kimi tanınır- ÖZƏL
4 Sentyabr 12:46 Siyasət"Azərbaycanın sülh təşəbbüsləri regionun gələcəyi üçün yeni imkanlar yaradıb. Prezident İlham Əliyev "Əl-Ərəbiyyə" telekanalına verdiyi müsahibədə vurğulayıb ki, məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etmiş və bu istiqamətdə sülh sazişi layihəsini təqdim edib. Onun sözlərinə görə: "Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan-Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Vaşinqton razılaşması bölgədə uzun illər davam etmiş münaqişənin başa çatmasının siyasi təsdiqi kimi qiymətləndirilməlidir. Bu sənəd hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması, gələcək münasibətlərin beynəlxalq hüququn prinsipləri əsasında qurulması üçün mühüm zəmin yaratmışdır. Prezident İlham Əliyev müsahibəsində xüsusi olaraq Zəngəzur dəhlizinə diqqət çəkmişdir. Dövlət başçısının sözləri ilə: "Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır." Bu dəhlizin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqə yaratmaqla yanaşı, bütövlükdə region üçün strateji üstünlüklər və iqtisadi imkanlar açacaqdır.
Zəngəzur dəhlizi eyni zamanda Avrasiyanın nəqliyyat xəritəsində yeni bir alternativ marşrutun formalaşmasına xidmət edəcəkdir. Bununla da Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətində beynəlxalq logistika mərkəzinə çevriləcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu layihə bütün region ölkələri üçün qalib-qalib modelidir. Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Prezident İlham Əliyev qeyd etmişdir: "Biz 10 Avropa ölkəsini qazla təmin edirik. Onların 8-i Avropa İttifaqının üzvüdür". Bu fakt Azərbaycanın qitənin enerji xəritəsində etibarlı tərəfdaş statusunu təsdiq edir".