Azərbaycanla bağlı daha bir qərəzli məlumat yayılıb- ÖZƏL

"Rusiya mediası Xankəndi şəhərinin Stepanakert adlandıranda bizim media, politoloqlar, fəallar haqlı olaraq etiraz etdilər və Rusiya mediası səhvini düzəltdi. Amma elə bu günlərdə "Vaşinqton batalığının" təsisatlarından olan ABŞ-ın bədnam Beynəlxalq Dini Etiqad Azadlığı üzrə Komissiyası (USCİRF)  "Azərbaycanda dini etiqad azadlığı ilə bağlı şərait" adlı növbəti hesabatını yaydı". "Olaylar" xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib: "Orda Azərbaycanın guya erməni dini obyektlərini dağıtması ilə bağlı yazdıqları saxta məlumatı qoyaq bir tərəfə. Amma bu bədnam komissiya hesabatın həmin hissəsini "Dağlıq Qarabağ və onun ətrafındakı dini obyektlər" adlandırmaqla faktiki olaraq hələ də həmin regionu ayrıca subyekt kimi göstərməkdə davam etdi. Amma bizim vətənşüvənlərdən səs çıxmadı. Nəəcəb?
Yeri gəlmişkən bu bədnam qurum bir neçə il əvvəl  Azərbaycan məktəblərində dini tədrislə bağlı gizli layihələr həyata keçirirdi. Düzdü istəyinə tam nail ola bilmədi. Məqsəd də uşaqlarda dini dezorentasiya yaratmaq və təriqətçilik hisslərini gücləndirmək idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31