Minsk qrupu tarixin keçmişdə qalan bitmiş bir səhifəsidir- ÖZƏL

"Ötən illər ərzində ATƏT-in Minsk qrupu sülh danışıqları adı altında Qarabağ məsələsini əbədi etmək misiyasını yerinə yetiriblər. Reallıq odur ki, Prezident İlham Əliyevin Vətən müharibəsi və bir günlük antiterror əməliyatından sonra aparılan sülh danışıqlarında masaya qoyduğu 3 prinsipial tələblərdən biri məhz ATƏT-in Minsk qrupunun ləğv olunması məsələsi idi. Yoxsa bu qurum mümkün qədər formal olsa da, öz mövcudluğunu qoruyub saxlamağa çalışacaqdı. Çünki belə mövcudluq həm Ermənistana, həm də onların havadarlarına sərf edirdi". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, professor Əfsun Sucayev deyib: "Azərbaycan daha bu məsələni gündəmdə saxlamaq istəmir. Axı, bizim üçün bu tarixin keçmişdə qalan bitmiş bir səhifəsidir. Ola bilər müəyyən şəxslər üçün bu səhifə qapadılmayıb. Ötən gün İrəvanın Azadlıq meydanında Azərbaycan ərazisində ordumuzun şəhid və qazilərinin qəhrəmanlığı sayəsində kökü kəsilmiş  qondarma "artsax" gününə həsr olunmuş birlik mitinqi keçirməyə cəhd edənlər kimi. Qarabağın dağlıq ərazisində yaşayan ermənilərin sayını həndəsi silsilə ilə artırıb 150-160 min deyənlər, həmin toplantıya min nəfər cəlb edə bilmirlərsə, deməli bu "artsax" yox, özlərinin uydurduqları "sarsaq" nağılarının çoxdan bitdiyinin əyani sübutudur. Narahatçılıq yoxdur, bir halda ki, bu reallığı Ermənistanın baş naziri Nikol Paşinyan başa düşüb qəbul edibsə, bu sarsaqların anlamaları an məsələsidir. Sadəcə bizim onlara sərf etməyə daha boş zamanımız yoxdur.

Hazırda Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı çərçivəsində həyata keçirilən çox böyük və əhəmiyyətli işlərə şahidlik edirik. Eyni zamanda, qədim şəhərimiz olan Xankəndində separatçılıq izlərinin silinməsi işləri aparılır ki, burdan öz razılıqları ilə çıxıb gedənlərin nə vaxtsa qayıda biləcəkləri ağıllarına gəlməsin. Necə ki, sentyabrın 2-də Xankəndidə uzun müddət qondarma rejimin əsas simvolu və atributu kimi təqdim edilən qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin binası da sökülüb yerlə bir olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31