Putin: Cinpinlə əsas məsələləri müzakirə etmişik

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, onun uzunmüddətli Çin səfəri zamanı Si Cinpinlə bir neçə dəfə qeyri-rəsmi görüşlər keçirərək əsas məsələləri müzakirə etmək imkanı yaranıb.

Musavat.com xəbər verir ki, Putin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitinin nəticələrini "çox müsbət" adlandırıb və qeyd edib ki, Çin liderinin təklif etdiyi qlobal idarəetmə təşəbbüsü ölkələr arasında qarşılıqlı anlaşmanı gücləndirməyə yönəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31