Moskvanın "Domodedovo" hava limanında bir qrup Azərbaycan vətəndaşı deportasiya olunur.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.Məlumata görə, Azərbaycan vətəndaşları hava limanına eniş etdikdən sonra Rusiyaya buraxılmayıb və geri göndərilirlər.
Hadisənin məhz hansı səbəbdən baş verdiyi məlum deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31