Silaev: Zəngəzur dəhlizinin açılmasına maneə mövcuddur

Rusiya Beynəlxalq Münasibətlər İnstitutunun (MGİMO) Beynəlxalq Tədqiqatlar İnstitutunun aparıcı elmi işçisi Nikolay Silaev bildirib ki, Ermənistan və Azərbaycan arasında razılaşdırılan "Zəngəzur dəhlizi"nin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) heç bir aidiyyəti yoxdur.

Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o O, "Lenta.ru"ya müsahibəsində danışıb.

Silayev buradaHindistan və Pakistanın Ermənistanla Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamasının nəqliyyat marşrutu ilə bağlı planlara təsirini şərh edib.

"Birincisi, onların razılaşmaları ŞƏT-ə aid deyil. İkincisi, Zəngəzur dəhlizinin işə salınması üçün əsas maneə ondan ibarətdir ki, bunun üçün Ermənistan qanunvericiliyində dəyişiklik edilməlidir. Həm də çox ciddi şəkildə", - deyə o vurğulayıb.

Qeyd etmək lazımdır ki, rus ekspertlərinin mövqeyi ümumən amerikalıların rəhbərliyi altında Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq üzərində qurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31