Gürcüstan proseslərdən kənarda qalıb- ÖZƏL

"Cənubi Qafqazda gedən geosiyasi proseslərdən Gürcüstan kənarda qalıb. Orta Dəhlizin əsas seqmenti olan Zəngəzur dəhlizinin açılması ilə Gürcüstanın izolyasiya olunmasına gətirib çıxaracaq. Oliqarx və Rusiyanın adamı B. İvanaşvilinin nəzarətində olan Gürcü Arzusu hökuməti nə Qərblə anlaşa bilir, nə də regionda gedən siyasi proseslərlə ayaqlaşa bilir. Moskvadan gələn narrativlərlə hərəkət edir. Gürcü Arzusu hökuməti Cənubi Qafqazda Rusiyanın əsas dayağı kimi çıxış edir". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Azərbaycan üçün Gürcüstanın Rusiya ilə deyil, Qərblə əməkdaşlığı daha vacibdir. Amma, Gürcü hökuməti guya müstəqil siyasət apardığını elan edib. Ümumiyyətlə, bir ölkənin müstəqil və manevr siyasəti üçün onun iqtisadiyyatı və resursları olmalıdır. 
Gürcüstan hökuməti, Rusiyanın təlimatı ilə hərəkət etməklə, 15 il ərzində formalaşmış demokratik sistemi dağıdır. Yaxın perspektivdə Gürcüstan şimal -Cənub və Şərq -Qərb marşrutundan tam məhrum olacaq. Çünki, Tiflisdə oturan hökumət Kremlin göstərişi ilə hərəkət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31