Çin Qərbə qarşı yeni savaş açır - ÖZƏL

"1945-ci ildə Yaponiyanın kapitulyasiya aktına imza atması ilə ikinci dünya müharibəsi başa çatdi. ABŞ-ın  birbaşa müdaxiləsi ilə Yaponiya təslim oldu. Çin özü Yaponiyanın işğalına məruz qalmışdı. Müharibənin başa çatması ilə bağlı qalib ölkə parad keçirə bilər. Bu da ABŞ-dır". "Olaylar" xəbər verir ki, bunu siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Çinin parad keçirməsi əsasən, yeni dünya siyasi nizamı fonunda öz hərbi gücünü nümayiş etdirməkdən ibarətdir. Əgər, ABŞ və Qərb Alyansı olmasa, Çin Mərkəzi Asiyanı işğal edəcək bir plana malikdir. Necə ki, Tibeti və Uyğurustanı işğal edib. Çin heç də beynəlxalq hüquqa və dövlətlərin suverenliyinə hörmət edən bir dövlət dəyərlərinə malik deyil. Çin öz hərbi arsenalinı nümayiş etdirməklə, bundan sonra Hind-Çin yarımadasına, Tayvan adasına və Sakit okean -Hind periferyasında hərbi hərəkətliliyini artıracaq. 
Bu paradın məqsədi ABŞ meydan oxumaq və yeni dünyanın bölüşdürülməsndə məndə varam mesajıdır. Çin fürsətçil, eqoist və ambisiyalıdı. Bu ölkənin güclü olması, dünya siyasi nizamına mənfi təsir edə bilər. 
Hazırda, Çin Rusiya-Ukrayna müharibəsinin uzanmasında maraqlıdır. Bununla, Qərbi Rusiya ilə qarşı -qarsiya qoymaqla öz imkanlarını inkişaf etdirir. Məhz Rusiyanın Qərbə qarşı apardığı müharibədə Çin Şimali Koreyani razı salmaqla canlı qüvvə, özü isə müasir hərbi texnologiya  verir. ABŞ-ın Rusiya-İran və Çin oxunu dağıtmaq istiqamətində ciddi addımlar atması gözlənilir. 
Bir məsələyə diqqət çəkmək lazımdır ki, İranın və Rusiyanın sərt xətt  Cənubi Qafqaz  siyasətinə qarşı ABŞ-ın  Zəngəzura yerləşməklə,  bu oxu dağıtdi. Ümumiyyətlə, şərq cəbhəsinin möhkəmlənməsi, Azərbaycanın və Mərkəzi Asiyanın təhlükəsizliyini təhdid edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31