Ekspert: Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların ŞƏT-ə aidiyyəti yoxdur – ÖZƏL
3 Sentyabr 2025 12:49 Siyasət"Ermənistan və Azərbaycan arasında Zəngəzur dəhlizi ilə bağlı əldə olunan razılaşmaların Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) heç bir aidiyyəti yoxdur".
Olaylar.az xəbər verir ki, bu fikirləri "Lenta.ru"ya açıqlamasında Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən MDB Ölkələri İnstitutunun aparıcı elmi əməkdaşı, beynəlxalq münasibətlər üzrə ekspert Nikolay Silaev bildirib.
Ekspert Hindistan və Pakistanın Ermənistanla Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklamasının Zəngəzur dəhlizi ilə əlaqədar planlara təsirini dəyərləndirərkən qeyd edib:
"Birincisi, bu razılaşmaların ŞƏT-ə heç bir bağlılığı yoxdur. İkincisi, Zəngəzur dəhlizinin açılması üçün əsas maneə Ermənistan qanunvericiliyidir. Onun işə düşməsi üçün Ermənistan qanunvericiliyində çox ciddi dəyişikliklər edilməlidir".