Azərbaycan - Çin əməkdaşlığı geosiyasi müstəvidə də yüksələn xətt üzrə inkişaf edir- ÖZƏL

"Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) iştirakı ölkənin regional və qlobal siyasətdə balanslı mövqeyini möhkəmləndirən strateji amil kimi dəyərləndirilir. Təşkilat həm Çini, həm də Rusiyanı sabitlik və təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş kimi təqdim edir. ŞƏT Azərbaycanın çoxvektorlu xarici siyasətini təsdiqləyən platformadır". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "İlham Əliyevin bu təşkilatın tədbirində fəal iştirakı göstərir ki, Bakı yalnız bir güc mərkəzinə bağlı deyil eyni zamanda, Qərb və Şərq arasında balans yaratmaq bacarığını nümayiş etdirir və ölkənin diplomatik müstəqilliyini qoruyur. ŞƏT platformasında Prezidentin şəxsiyyət amili mühüm rol oynayır. İlham Əliyevin təşəbbüsləri, görüşləri və diplomatik davranışı Azərbaycanın beynəlxalq nüfuzunu vizual və protokol səviyyəsində də nümayiş etdirir. Nəticə etibarilə, ŞƏT çərçivəsində Azərbaycanın iştirakı həm Azərbaycan-Çin münasibətlərində strateji tərəfdaşlığın yüksələn xəttini təsdiqləyir, həm də ölkəni regional lider və qlobal diplomatik aktor kimi möhkəmləndirir.
Ən əsası, Azərbaycan - Çin əməkdaşlığı diplomatik və geosiyasi müstəvidə də yüksələn xətt üzrə inkişaf edir. İlham Əliyevin liderlik xüsusiyyətləri və diplomatik aktivliyi Azərbaycanın beynəlxalq siyasətdə balanslı, etibarlı və nüfuzlu aktor kimi qəbul edilməsini təmin edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31