Erməni siyasətçi sərsəmlədi- ÖZƏL
3 Sentyabr 12:26 Siyasət"Azərbaycan rəsmən bəyan edib ki, artıq 100 mindən çox Qərbi azərbaycanlını Ermənistana köçürülmək üçün qeydiyyata alıb və proses davam edir. "
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın sabiq ombudsmanı Arman Tatoyan "Facebook" səhifəsində yazıb.
Arman Tatoyan qızdırmalı açıqlama sını belə davam etdirib ki , Azərbaycan "Qərbi Azərbaycan" proqramını fəal şəkildə həyata keçirir və guya bu ad altında Ermənistanın bütün ərazisi nəzərdə tutulur. Tatoyan iddia edib ki, guya proqramın əsas məqsədi Ermənistanda demoqrafik vəziyyəti kəskin şəkildə dəyişmək və ölkəni tam ələ keçirməkdir.
Sabiq ombudsman bildirib ki, rəsmi məlumatlara görə, hər gün 250-300 nəfər "Qərbi Azərbaycan" təşkilatına müraciət edərək könüllü şəkildə qeydiyyata düşür. Onun sözlərinə görə, yalnız 1988-1991-ci illərdə Ermənistandan köçənlər deyil, həm də onlardan əvvəlki dövrdə köçürülənlərin nəsilləri də qeydiyyata alınır. Tatoyan əlavə edib ki, Azərbaycan hakimiyyəti "Qərbi Azərbaycan" mənşəyini əks etdirən şəxsiyyət vəsiqələri (gələcək pasportlar) verir və orada Ermənistanın yaşayış məntəqələri doğum yeri kimi göstərilir.