İlham Əliyevin Pekində keçirilən hərbi paradda iştirakı qürurvericidir- ÖZƏL
3 Sentyabr 2025 12:00 Siyasət"İkinci Dünya müharibəsində Avropada faşist Almaniyası və Uzaq Şərqdə militarist Yaponiyası üzərində qələbənin qazanılmasında Azərbaycan xalqı müstəsna rol oynayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Müharibədə azərbaycanlıların iştirakı və qəhrəmanlığı bir neçə sahədə olub: sovet ordusu sıralarında ön cəbhədə vuruşublar; arxa cəbhədə əmək şücaəti göstərərək cəbhəni isti paltar və ərzaqla təmin ediblər; müharibə motorlar müharibəsi olduğundan Azərbaycan neftlə cəbhəni təchiz edib; işğal altındakı ölkələrdə partizan hərəkatında iştirak ediblər; antifaşist müqavimət hərəkatında igidliklər göstəriblər; SSRİ-nin xarici aləmə çıxışı Azərbaycandan keçərək olub, Azərbaycan nəfəslik rolunu oynayıb; beynəlxalq hava xəttində yalnız Bakı-Tehran hava xətti işləyib; Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi lend-liz sistemi ilə alınan silahlar Azərbaycan ərazisindən keçərək cəbhəyə aparılıb; legioner dəstələrində Hitler Almaniyasına qarşı təxribatçılıq fəaliyyətləri aparılıb, aerodromların tikintisi, texnikanın təmiri yubadılıb və sair. ; Kəlmeyi-şəhadəti öyrədərək yəhudiləri ölümdən xilas ediblər və sair.
Ona görə də cənab Prezidentimiz İlham Əliyevin Pekində keçirilən hərbi paradda iştirakı həm tarixi keçmişə, həm İkinci Dünya müharibəsi illərində həlak olmuş azərbaycanlıların ruhuna ehtiramdır, həm də müasir şəraitdə neofaşizmə, neonasizmə və revanşizmə qarşı mübarizədə bərabər olmağın vacibliyini göstərir. Dünya nəhəngi Çinin paytaxtı Pekində keçirilən möhtəşəm paradda Dövlətimizin iştirakı ilə millətimiz yalnız qürur duya bilər".