İlham Əliyevlə Putin arasında Pekində qısa salamlaşma

Birinci Dünya Müharibəsində qələbənin 80 illiyinə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Pekində olan Azərbaycan Prezidenti İlham Əliyev parad öncəsi iştirakçı dövlət başçıları ilə qeyri-rəsmi söhbətlər aparıb.

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti dövlət başçısı həmkarları ilə ünsiyyətdə olarkən binaya Rusiya prezidenti Vladimir Putin daxil olub. Onlar salamlaşdıqdan sonra dogər dövlət başçıları ilə ünsiyyətə davam ediblər.

Qeyd edək ki, paraddan əvvəl Çində keçirilən Şanxay Əməkdaşlıq Təşkşilatının sammitində iştirak edən dövlət başçılarının görüşməməsi Rusiya və Azərbaycan mediasının diqqətini cəlb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31