Ərdoğan Pezeşkianla görüşdü: Çindən səmimi GÖRÜNTÜLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən tədbir çərçivəsində İran prezidenti Məsud Pezeşkianla görüşüb. 

Olaylar.az xəbər verir ki, liderlər əl-ələ verərək səmimi görüntülər sərgiləyiblər.

Türkiyə tərəfinin məlumatına görə, görüşdə Cənubi Qafqazda sülh prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

İran Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, Pezeşkian regiondan kənar qüvvələrin hər hansı formada bölgədə mövcudluğuna qarşı çıxdığını bildirib.

O, həmçinin Ərdoğanın yaxın vaxtlarda Tehrana rəsmi səfər edəcəyinə ümid etdiyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31