Gürcüstandan keçən ay 100 xarici vətəndaş deportasiya edilib – ÖZƏL
2 Sentyabr 2025 13:03 SiyasətGürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər aidiyyəti qurumlarının birgə fəaliyyəti nəticəsində ötən ay ərzində ölkədən 100 xarici vətəndaş çıxarılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Georgia Online məlumat yayıb.
Gürcüstan DİN-in açıqlamasına görə, avqust ayında keçirilən kompleks tədbirlər zamanı İraq, Misir, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Suriya, Pakistan, Rusiya, Keniya, Livan, Azərbaycan, Bolqarıstan, Banqladeş, Belarus, Litva, Nigeriya, Ermənistan, Çin və Qırğızıstan vətəndaşları olmaqla ümumilikdə 100 nəfər deportasiya edilib. Qanunvericiliyə əsasən, onların ölkəyə yenidən girişi qadağan olunub.
Nazirlikdən verilən açıqlamada bildirilib: "Gürcüstan DİN-in Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizəyə cavabdeh qurumdur. Onun səlahiyyətlərindən biri də ölkədə qanunsuz əsaslarla yaşayan əcnəbilərin müəyyən edilməsi və onların ölkədən çıxarılmasıdır."