ŞƏT sammiti Avropa İttifaqının təcridini üzə çıxardı - ÖZƏL
2 Sentyabr 2025 13:02 SiyasətÇində, Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti Avropa İttifaqının təcridini açıq şəkildə göstərdi. Olaylar.az xəbər verir ki, bu fikri iqtisadçı, İtaliyanın keçmiş iqtisadi inkişaf nazirinin müavini Mikele Ceraci TASS-a müsahibəsində bildirib. Onun sözlərinə görə, sammitin nəticələri gözləniləndən daha müsbət olub və Avropa mediasının "təcrid olunmuş Rusiya" barədə iddialarını təkzib edib: "Putinin Çinə səfəri və Szi Cinpin, həmçinin Hindistanın baş naziri Narendra Modi ilə görüşlərinin yayılan görüntüləri tam əksini sübut edir. Təcrid olunan Rusiya deyil, məhz Aİ-dir. Avropa İttifaqı hətta öz müttəfiqi olan ABŞ-dan da təcrid vəziyyətindədir," - deyə Ceraci qeyd edib. Xatırladaq ki, ŞƏT sammiti 31 avqust - 1 sentyabr tarixlərində baş tutub. Tədbirdə 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edib. Sammitin yekununda əməkdaşlığa dair 15 yeni sənəd imzalanıb.