"Minsk qrupu diplomatiya tarixinin ən uğursuz missiyalarından biridir"- ÖZƏL

Diplomatiya tarixinin heç şübhəsiz ki, ən uğursuz missiyalarından biri olan ATƏT-in Minsk qrupu Azərbaycanın uğurlu diplomatik manevrləri nəticəsində fəaliyyətini sonlandırdı. Bu qərar qurumun fəaliyyət müddəti ərzində atdığı ən doğru və müsbət addım idi.
1992 - ci ilə Azərbaycan və Ermənistan arasındakı münaqişənin həlli istiqamətində beynəlxalq vasitəçilik missiyası daşımaq məqsədilə yaradılan ATƏT-in Minsk qrupu fəaliyyət müddətində balanssız, qeyri-obyektiv və anti-Azərbaycan ritorikası sərgiləməklə məşğul oldu. Həmsədr dövlətlərin  hər zaman əsas məntiqdən kənar qalmaqla öz milli maraqlarını ön plana çəkməsi vasitəçilik mandatını səmərəli şəkildə icra etməyə əngəl törədən məqamların önündə qərarlaşırdı.  BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaq Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğalının görməzdən gəlinməsi və işğala məruz qalanla işğalçını eyni məsuliyyət daşıyan mövqedə göstərilməsi qrumun reputasiyasına xələl gətirirdi. Bu isə əslində Ermənistanın təcavüzkar siyasətini pərdələməyə hesablanmış addımlar idi. Onların səsləndirdiyi fikirlər, bəyanatlar və ümumi olaraq qurumun özü birmənalı şəkildə böyük dövlətlərin maraqlarının alətinə çevrilmişdi. Məhz bu səbəbdən,  44 günlük Vətən Müharibəsində qazanılan tarixi qələbə regionun geosiyasi müstəvisində yeni reallıqların yaranması olaraq qiymətləndirilir. Çünki İkinci Qarabağ Müharibəsinə qədər həmsədrlər tərifindən təklif edilən hər bir mexanizm Azərbaycanın işğalla barışmasını diqtə etdirdi. Nəticədə, hərbi gücün tətbiqi qaçınılmaz oldu və status-kvonu kökündən dəyişildi. O zamandan bəri ATƏT-in Minsk qrupunun fəaliyyəti özünün hüquqi qüvvəsini itirmiş, kağız üzərində qalan bir prosedur idi. Əlbəttə formalda olsa qrumun fəaliyyətinin davam etdirilməsi regionda sülhün, əmin-amanlığın bərqərar olmasını arzu etməyən və köhnə narrativləri canlandırmağa çalışan qüvvələrin marağında idi. Bununla onlar Azərbaycana qarşı hər daim müəyyən təsir mexanizmlərini işlək saxlamaq istəyirdilər. Lakin, cənab Prezident İlham Əliyevin peşakar diplomatik gedişləri bu cəhdləri deaktiv etdi və Vaşinqton görüşü situasiyada həlledici oldu. ATƏT-in Minsk qrupu tarixin tozlu arxivində öz yerini tutdu. Bu ölkəmizin qazandığı növbəti diplomatik uğurudur.

Pərviz Mirizadə

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31