İlham Əliyev dünyanın ən sürətli qatarında – VİDEO

Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva Tiencin şəhərindən Pekinə dünyanın ən sürətli qatarı ilə yola düşüb.

Olaylar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, dövlət başçısı və birinci xanım ÇinDəmir Yollarının "Fusinq" qatarı ilə Pekinə gediblər.

Bu, dünyanın ən sürətli müntəzəm qatarıdır və Tiencindən Pekinə təxminən 30 dəqiqəyə, orta sürəti təxminən 345 km/saat olmaqla çatır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31