Erməni separatizminin tabutuna son mismarlar vuruldu- ÖZƏL

"ATƏT-n Minsk qrupunun ləğvi, son illər Azərbaycan diplomatiyasının ən böyük uğurudur. Prezident İlham Əliyevin elan etdiyi "Konstitusiya və suverenlik" ilinə hədiyyədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Azərbaycan, Xankəndinin işğaldan azad olunmasl ilə ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Minsk qrupunun ləğv olunmaması, ölkəmizin, həmin təşkilatın proteksiyasında qalması anlamına gəlirdi. Bu da, erməni millətçi-daşnaklara, aqressiv diaspora və lobbi təşkilatlarına revanş ümidi verirdi. Kriminal Qarabağ klanı bundan istənilən halda Azərbaycan əleyhinə istifadə edə bilərdi. Artıq bütün kartlar əllərindən çıxdı və tarixin zibilliyinə atıldı. 200 ildən sonra erməni separatizminin tabutuna son mismarlar vuruldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31