Rusiya Dövlət Dumasından Azərbaycanla bağlı HEYRƏTAMİZ AÇIQLAMA

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Aleksey Çepa Moskva-Bakı münasibətləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Müsavat.com  xəbər verir ki, deputat bütün çətinliklərə baxmayaraq, Rusiya və Azərbaycan arasındakı dostluğun bərpasının labüd olduğunu bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əməkdaşlıq qarşıdurmadan qat-qat daha faydalıdır, xüsusilə də iqtisadi sahədə:

"Dostluq münasibətlərinin və iqtisadi maraqların inkişaf perspektivləri çox böyükdür. İstənilən halda istiləşmə qaçılmazdır - bu, sadəcə zaman məsələsidir. Sual yaradan məqamlar var, amma yavaş-yavaş hamısı həll ediləcək."

Xatırladaq ki, son aylarda Azərbaycan-Rusiya münasibətləri soyuq müharibəni xatırladır. Bakı ilə Moskva arasında gərginlik dərinləşir, informasiya savaşı və qarşılıqlı ittihamlar güclənir. Bu mənzərədə Çepanın "qaçılmaz istiləşmə" barədə bəyanatı mövcud reallığa zidd, heyrətamiz açıqlama kimi görünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31