Paşinyandan ŞƏT Sammitində “Zəngəzur dəhlizi” ilə bağlı açıqlama
1 Sentyabr 18:10 SiyasətErmənistan Baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammiti çərçivəsində "Zəngəzur dəhlizi" mövzusuna toxunub.
Musavat.com xəbər verir ki, Baş nazir bildirib ki, hazırda ölkələr arasında ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri əsasında nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə olunur.
Paşinyan qeyd edib ki, bu təşəbbüslər Azərbaycan Respublikasının əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçməklə sərbəst əlaqəni təmin edəcək. Həmçinin, layihə beynəlxalq və daxili rabitə baxımından Ermənistan üçün qarşılıqlı fayda yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31