Qorxulu Tehranın bitməyən Zəngəzur yuxuları - ÖZƏL

"Zəngəzur dəhlizinin açılması ilə bağlı addımlar atıldıqca yenə Tehranın qorxulu yuxuları  qarışıb. Mühafizəkar qanadın, əyalət təfəkkürlü nümayəndələri davamlı olaraq Zəngəzur əleyhinə çıxışlarını davam etdirirlər".  Olaylar xəbər verir ki, bunu siyasi ekspert Əkrəm Bəydəmirli deyib:
"İranın Tinn.ir saytı yazır: "Zəngəzur dəhlizi ətrafında ciddi geosiyasi qarşıdurma formalaşmaqdadır. Bəzi xarici qüvvələr  Zəngəzur vasitəsilə İranın regional əlaqələrini kəsməyə çalışır". 



İranın  mühafizəkar qanadının anti-Zəngəzur  çıxışlarının arxasında çox məkrli məqsədlər durub.    
Birincisi,  məqsəd islahatçı prezident Məsud Pezeşkianı gözdən salmaqdır. Çünki bu, şəxs Zəngəzur dəhlizinin açılmasınna loyal baxır, bütün qonşu dövlətlərlə, xüsusilə Azərbaycanla normal əməkdaşlığın genişlənməsində maraqlıdır.  12 günlük İsrail-İran müharibəsində mühafizəkar qanadın indi yekə-yekə danışan  üzvləri bunkerdə gizləndiyi zamanda Məsud Pezeşkian daim xalqın arasında olurdu.
Məsud bəy dərk edir ki, İranın xilası ixtilaflardan, qarşı durmalardan deyil, yalnız bütün qüvvələrlə əməkdaşlıqdan keçir. Molla rejiminin isə məqsədi başqadır. 
 
İkincisi, İrandakı mühafizəkar rejim Azərbaycanı müstəqil, güclü dövlət kimi qəbul edə bilmir. Türk dövlətlərinin genişlənən əməkdaşlığından əndişələnirlər. Müşahidələr göstərir ki,  Türk Dövlətləri Təşkilatının son bir neçə ildə təşkilatlanmasından, bu, ölkələr arasında iqtisadi əlaqələrin  yeni mərhələyə qədəm qoymasından İran ciddi təşviş keçirir. Hətta Zəngəzuru TURAN dəhlizi kimi  qəbul edirlər. 
 
Üçüncüsü,  Tehranla Moskvanın  Zəngəzur məsələsində mövqeyi üst-üstə düşür. Rusiya rəsmiləri üzdə bu dəhlizlə bağlı susqunluq göstərsə də, arxadan  İranı Zəngəzur  və yaxud ABŞ şirkətinə həvalə ediləcək Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun əleyhinə təlimatlandırırlar. Rəsmi Moskva öz mövqeyini  çirklənmiş mediası və  həmçinin İranın mühafizəkar qanadının üzvləri vasitəsilə ifadə edir. Hər iki ölkə Azərbaycanı bu və digər formada öz əyaləti kimi görür. Ona görə Zəngəzur layihəsi, necə deyərlər Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun gerçəkləşməsi sürətlənməlidir. 
Rusiyanın və İranın isə imperiya iddialarında əl çəkmədikcə geostrateji baxımdan uğur qazanmaq şansı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31