İslam ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir- ÖZƏL

"İslam ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın qurulması, inkişafı həmişə Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olub". "Olaylar" xəbər verir ki, bunu YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev deyib: "İslamofobiyaya qarşı açıq şəkildə çıxış edən Azərbaycan bir çox ölkələrdə sülh və mərhəmət dini olan İslamın həqiqi mahiyyətini nümayiş etdirən və İslam mədəniyyətini təbliğ edən konfrans və sərgilər təşkil edir. Həmçinin 2008-ci ildə başlayan "Bakı Prosesi" və sonradan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu artıq  mədəniyyətlərarası dialoqun dəstəklənməsi üçün əsas qlobal platforma kimi tanınır. Azərbaycan müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirən ölkə kimi tanınır, nüfuz qazanır.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bildirdi ki, Azərbaycan cəmiyyətində bütün məzhəblərdən olan müsəlmanlar bir ailə kimi yaşayırlar. İslamın müxtəlif qolları arasında heç bir ayrı-seçkilik olmayıb.  Bu, bizim təcrübəmizə əsaslanır, təkcə şüarlara, bəyanatlara əsaslanmır. Çünki çoxlu bəyanatlar verilə bilər, lakin siz məsələnin məğzinə, Azərbaycanda bu məsələlərin necə həll olunduğuna baxmalısınız: "Bizim üçün, ilk növbədə, milli, etnik kimlik gəlir. İkincisi, vətəndaşlıqdır. Yaxud ola bilər ki, vətəndaşlıq birinci, etnik kimliklə yanaşıdır. Azərbaycanlıların mütləq əksəriyyəti üçün məzhəb məsələsinin ümumiyyətlə yeri yoxdur, heç 100-cü yerdə də deyil. Azərbaycanlılar etnik qrup kimi İslamın müxtəlif qollarından olan nümayəndələrdən ibarətdir. Lakin biz hamımız etnikliyimizlə, dilimizlə və dövlətimizlə birləşmişik. Təkcə müsəlmanlar deyil, Azərbaycanda digər dinlərin nümayəndələri də özlərini eyni cür hiss edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31