Bu, Bakı və Moskva üçün vacibdir – Overçuk

"Rusiya və Azərbaycan arasındakı əməkdaşlıq hər iki ölkə üçün vacibdir". 

Olaylar.az xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında deyib.

O, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması üçün müəyyən addımların atıldığını bildirib.

"Bakı ilə əməkdaşlıq ölkəmiz üçün çox vacibdir. Biz vəziyyəti yaxşılaşdırmağa çalışırıq", - Overçuk söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31