ŞƏT ölkələri hüquqi və məhkəmə əməkdaşlığını dərinləşdirəcək - ÖZƏL

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin liderləri hüquqi və məhkəmə sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın Tiencin şəhərində keçirilən sammitinin yekun bəyannaməsində qeyd olunub. Sənəddə bildirilir ki, üzv ölkələr 2015-ci il avqustun 18-də Düşənbədə imzalanmış "Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Saziş"in icrasını davam etdirmək niyyətindədirlər. Bəyannamədə həmçinin üzv dövlətlərin korrupsiya ilə mübarizə istiqamətində səyləri birgə koordinasiya edəcəyi vurğulanıb. Onlar beynəlxalq ictimaiyyəti korrupsiya cinayəti törətmiş şəxslərə sığınacaq verməkdən imtina etməyə çağırıblar. Bununla yanaşı, ŞƏT ölkələri antimonopoliya siyasəti sahəsində əməkdaşlığın vacibliyini qeyd edib və müvafiq qurumlar arasında praktiki əməkdaşlığın genişləndirilməsini planlaşdırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31