Si Cinpin: Çinin ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına sərmayələri 84 milyard dolları ötüb
1 Sentyabr 08:29 SiyasətÇində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası başlayıb.
Teleqraf xəbər verir ki, tədbiri Çin Prezidenti Si Cinpin açıb.
Dövlət başısı bildirib: "Çinin ŞƏT-ə üzv ölkələrin iqtisadiyyatına sərmayələri 84 milyard dolları ötüb.
Mümkün qədər tez ŞƏT İnkişaf Bankının yaradılmasına ehtiyac var. Çin hegemonluğa qarşıdır. Biz azad ticarətin təşviqi üçün çalışırıq.
ŞƏT ölkələrinin iqtisadiyyatlarının həcmi 3 milyard dollara yaxınlaşıb və təşkilatın iqtisadi təsiri artır. Çin ŞƏT-in inkişafı üçün bütün ölkələrlə səyləri birləşdirməyə hazırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31