ŞƏT-dən Azərbaycan və Ermənistanın tərəfdaşlığına dair açıqlama

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Nurlan Yermekbayev Azərbaycan və Ermənistanın qurumda fəal dialoq tərəfdaşı olduğunu bildirib.

Olaylar.az xəbər verir ki, o qeyd edib ki, hər iki ölkə təşkilatın ümumi əməkdaşlığına və birgə tədbirlərinə qatılır.

Jurnalistlərin "Rusiya ilə Azərbaycan və Ermənistan arasındakı münasibətlərdəki gərginlik ŞƏT çərçivəsində perspektivlərə təsir edə bilərmi?" sualına cavab verən Yermekbayev vurğulayıb ki, bu məsələ ilə bağlı proqnoz vermək doğru olmazdı:
"Hazırda bütün müraciətlər üzv dövlətlər tərəfindən nəzərdən keçirilir. İrəliyə gedərək şərhlər vermək və ya nəticə çıxarmaq düzgün olmazdı".

Baş katib həmçinin əlavə edib ki, təşkilata yeni ölkələrin qəbul olunması yalnız bütün üzv dövlətlərin konsensusu əsasında, ŞƏT nizamnaməsi və digər beynəlxalq sənədlərin müddəaları çərçivəsində həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31