Azərbaycan işğalçı dövlət deyil- ÖZƏL

"Vaşinqton görüşündə əldə olunan əsas razılaşmalardan biri də Zəngəzur dəhlizi (TRİPP marşrutu) idi ki, dünya mediası üçün bu dəhlizin son 5 ildə reallaşmamasının səbəbləri ilə maraqlanır. Cənab Prezident "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində reallığın nədən ibarət olduğunu, prosesin bu həddə gəlməsinin əsas səbəblərini açıqladı". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova deyib: "Dövlət başçısı bildirdi ki, Vətən Müharibəsindən sonra Azərbaycanın bu ərazini zorla ələ keçirmək imkanı olsa da, bunu etməyib, çünki Azərbaycan işğalçı dövlət deyil. Ermənistanın süni şəkildə prosesi uzatdığı, 5 ilə yaxın sırf kommunikasiya xətləri ilə danışıqların aparılması bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bugünkü reallıq bundan ibarətdir ki, 5 il Azərbaycanın tələbləri və qanuni istəyi qarşısında qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan nəhayət, Prezident Tramp və onun komandasının prosesə cəlb olunmasından sonra razılaşmaya getdi. Azərbaycan Zəngəzur dəhlizinin qlobal əhəmiyyətinə önəm verir və Ermənistanın da prosesə bu reallıqdan yanaşmasının tərəfdarıdır. Zəngəzur dəhlizi Şərq-Qərb dəhlizi üzrə daşımalarla yanaşı, Şimal-Cənub dəhlizi üzrə daşımalarda da istifadə olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31