İsrailin yeni səfirindən “Qarabağ”ın zəfəri ilə bağlı PAYLAŞIM

İsrailin Azərbaycandakı yeni səfiri Ronen Krausz "Qarabağ"ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib 

Olaylar.az xəbər verir ki, səfir bu barədə "X" hesabında paylaşım edib
Oyunu stadionda izləyən R.Krausz bildirib:

"Tofiq Bəhramov adına Respublika Stadionunda oyunu izləmək və 30 min Qarabağ azarkeşi ilə bu möhtəşəm nailiyyəti birgə qeyd etmək mənim üçün böyük sevinc idi. Çempionlar Liqasının qrup mərhələsində start götürərkən sizə uğurlar arzulayıram. İrəli, Qarabağ! İrəli, Azərbaycan!"

 

 

 

Xatırladaq ki, İsrailin ölkəmizə yeni təyin olunmuş səfiri R.Krausz ötən ay Azərbaycana gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31