İranla bağlı təhlükəli plan işə düşdü: 4 ölkə hərəkətə keçdi
28 Avqust 2025 10:50 SiyasətABŞ Senatı Böyük Britaniya, Fransa və Almaniyanı İrana qarşı "snapback" mexanizmini aktivləşdirməyə dəvət edib.
Olaylar.az xəbər verir ki, Avropa ölkələri bu addımı cümə axşamı atacaq. Bir aylıq prosedurdan sonra BMT-nin qərarı ilə İranın maliyyə, bank, neft-qaz və müdafiə sektorlarını əhatə edən beynəlxalq sanksiyalar bərpa ediləcək.
Qərb ölkələri iddia edir ki, İranın nüvə proqramı artıq mülki çərçivədən çıxaraq hərbi potensiala yönəlib. Tehran isə nüvə silahı əldə etmək niyyəti olmadığını israrla bildirir.
Adının açıqlanmasını istəməyən qərbli bir diplomat deyib: "Əsl danışıqlar məktub BMT Təhlükəsizlik Şurasına təqdim edildikdən sonra başlayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31