Avropada fikir ayrılığı nədən qaynaqlanır?- ÖZƏL
28 Avqust 2025 10:08 Siyasət"Rusiya imperialist gücdür. Bu yeni bir ritorika deyil. Onların hər bir addımı, siyasi elitanın səsləndirdiyi hər bir fikirdən bunu sezmək o qədər də çətin deyil. Məsələ yalnız çıxışlardan və yaxud imperiya iddialarını əks etdirən simvollardan qaynaqlanmır. Rusiya 2008-ci ildə Gürcüstanı işğal edən də məhz bu günki proseslərin ananosunu vermişdi. Ardınca 2014-ci ildə Krımın zorla özününküləşdirilməsi isə artıq həyacan siqnalı idi. Çox təəssüf ki, istər ABŞ, istərsə də Avropa ölkələri zamanında artan Rusiya təhdidini lazımı səviyyədə qiymətləndirmədilər. Ən əsası Avropa dövlətləri". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Pərviz Mirizadə deyib: "ABŞ onsuzda istənilən vaxt Rusiyanı diz çökdürəcək gücə sahibdir. Bu müzakirəyə qapalı bir məsələdir. Ən azından Alyaska görüşündəki hərbi göstəriş, hərbi texnikaların texnoloji imkanları Rusiya elminin 50 il ötəsindədir.
Lakin qoca qitə üçün bunları demək biraz çətin məsələdir. Avropanın iqtisadi gücü, imkanları çox böyükdür. Lakin onlar iqtisadi potensiallarını hərbi sanayeyə transformasiya edə bilmirlər. Təbii ki, bu vaxt aparan bir məsələdir və avropalıların da vaxtı məhduddur. Məhz bu səbəbdən qitə ölkələrini qorxu, həyacan və narahatlıqlar bürümüş vəziyyətdədir. Bu isə onların öz səhvlərinin tablosudur. Çoxda uzaq olmayan keçmiş, yəni 2014-ci il avropalılar üçün zəlzələ effekti yaratmalı idi və onlar komfort zonasından uzaqlaşmalıyıdılar. Ancaq onlar ABŞ-ın təhlükəsizlik çətirinə bel bağlamağı seçtilər və bu gün Donald Tramp məhz həmin beli qırır.
İndiki şəraitdə avropalıların fikir ayrılıqlarını bir kənara qoyub bir nöqtəyə fokuslanmağı zəruridir. Hesab edirəm ki, o gücü formalaşdıra biləcək potensial Almaniyada mövcuddur. Almaların hərbiləşməsinin real mənzərəsi ötən əsrin birinci yarısına məxsus məlumatlarda, videolentlərdə öz əksini tapır. Ancaq Fransa, İtaliya, İspaniya kimi ölkələrlə mövcud fikir ayrılıqlarını kənara qoymaq mütləqdir".