Makron Netanyahuya xəbərdar etdi: Antisemitizmə qarşı mübarizə silaha çevrilməməlidir
27 Avqust 20:08 SiyasətFransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunun Fransada antisemitizmin artması ilə bağlı iradlarını qətiyyətlə rədd edib və ona ünvanladığı məktubda bu məsələnin "silaha çevrilməməli" olduğunu bildirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, yerli jurnalistlər qarşısında bəyan edib.
"Biz bütün gücümüzlə mübarizə apardığımız bir bəla qarşısında fəaliyyətsizlikdə ittiham olunmağımız qəbuledilməzdir və bütövlükdə Fransanı təhqir edir. Antisemitizmə qarşı mübarizə silaha çevrilməməlidir və Fransa ilə İsrail arasında ixtilaf yaratmamalıdır", - deyə Makron yazıb.
Bundan əvvəl Netanyahu Makronun Fransanın Fələstin dövlətini tanıyacağına dair vədinin antisemitizmi qızışdırdığını iddia etmişdi.