Avropa liderləri Moldovada
19:02 SiyasətFransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Polşanın baş naziri Donald Tusk sentyabrın 28-də keçiriləcək parlament seçkiləri ərəfəsində Müstəqillik Günü tədbirlərində iştirak etmək və respublikanın qərbyönümlü hökumətinə dəstək vermək üçün Kişineuya gəliblər.
Bakupost.az xəbər verir ki, bu barədə Moldova prezidentinin mətbuat katibi İqor Zaxarova öz Telegram kanalında məlumat verib.
Bayram münasibətilə Kişineunun mərkəzində konsert nəzərdə tutulub. Avropa liderlərinin respublika vətəndaşlarına müraciət edəcəyi gözlənilir. Bundan əlavə, onların ölkə prezidenti Maya Sandu, baş nazir Dorin Reçan və parlamentin spikeri İqor Qrosu ilə görüşləri nəzərdə tutulub. Moldova müxalifəti bu səfəri "seçki məcəlləsinin pozulması və ölkənin daxili işlərinə müdaxilə" adlandırıb.